Məhsul kodu: 8736
Roman, kiçik bir Anadolu şəhərində yaşayan otelçi (Mürşüd) ilə otelin daimi müştərilərindən birinin (Mədənçi) dostluqlarından bəhs edərək oxucuları insan olmağın çətinlikləri üzərində düşünməyə sövq edərkən bir tərəfdən də Türkiyə qarşısındakı əsas məsələləri, yaxın keçmişdəki ictimai travma yaradan hadisələrə diqqət çəkir.
Kitabın iki əsas qəhrəmanı öz içlərində bildikləri, amma göz yumduqları günahlarının ağırlığı səbəbindən Dünya Ağrısı çəkirlər.
Ayfer Tunçun «Dünya ağrısı» romanı yeni türk nəsrinin ən xarakterik nümunələrindən biridir. Bu nəsr ənənəvi türk prozasından, hətta Orxan Pamukun əsərələrindən də çox fərqlənir. Yazıçı zahiri hadisələrə deyil, qəhrəmanlarının ruhi aləminin ən incə nüanslarına belə, baş vurmağa çalışır. Bu zaman yazıçı təsvir zamanı elə aludə olur ki, hətta lüzumsuz təfərrüatlara da yol verir. Roman kiçik bir mehmanxana sahibinin ailəsinin timsalında müasir türk xalqının həyatının ən realist təsvirlərindən biridir və bu cəhətdən maraqla oxunur.