Məhsul kodu: 8844
Yuri Oleşa bu əsəri yazmağa başlayanda hələ Sovet hakimiyyətinin üç yaşı vardı. İnqilabi hadisələr, xalqın qələbəsi, məğlub olmuş sinfin simasızlığı yazıçının gözləri qarşısında baş vermişdi. Bu hadisələr hələ o qədər “isti”ydi ki, hətta tam uydurmanın məhsulu “Üç Gonbul”da öz əksini tapmalı idi. Olmuş və fantastik əhvalatlar əsərdə harmonik şəkildə birləşmişdir. Xalqın üç gonbulla mübarizəsi şübhəsiz alleqoriyadır və yəqin ki, romanın ən balaca oxucuları da başa düşür ki, bu gözəl əsərin əsas ideyası inqilabi mübarizələrlə bağlıdır.
Əsər Üç Gonbulun hakimiyyətindən əziyyət çəkən xalqın mübarizəsindən bəhs edir. Üç Gonbullun qarşısında qorxmadan çıxan Prospero, Tibul, Doktor Qaspar kimi obrazlar bu mübarizənin əsas nümayəndələridir. Xalqın zəhməti, malı sayəsindən günü-gündən gonbullaşan bu Gonbullar öz əməllərindən əl çəkmir, öz hakimiyyətlərinə qarşı çıxanları edam etmək qərarına gəlirlər. Əsərdəki yüksək yumor, alleqoriya oxucuların marağını cəlb edəcək.