Məhsul kodu: 9202
Müasir insan nəzəri müzakirələrdən, diktəedici ton- la yazılan və deyilən əxlaqi göstərişlərdən yorulub. Ona daha praktik, sadə və konkret yol lazımdır. Bu problemi həll etməyi özünə prioritet vəzifə hesab edən Hacı Şahin qələmə aldığı bu kitabda usanmış insana həyatla bağlı yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərin- də, nə qədər populist səslənsə də, insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı? Kitabda bu suallara cavab axtarılır. Həmçinin “günah”, “cəhənnəm”, “kafir” kimi neqativ anlayışlara yeni, çağdaş insanın dərdinə dəyəcək məna- lar verilir, mənəvi mövzuların praktik həyatda canlı qal- ması üçün dərin təhlillər aparılır.