Məhsul kodu: 9275
“Dramaturgiyanı mən ondan öyrənmişəm, Saedi mənim üçün İranın Artur Milleridir”. Əsğər Fərhadi
Orijinal roman strukturu ilə diqqət çəkən, çap olun- duğu il ölkəsində böyük səs-küy yaradan “Bəyəl əza- darları” İranda magik realizmin ilk nümunələrindən sayılır. Əsərdə özünü taleyin hökmünə təslim etmiş zavallı kəndlilərin fanatizm, cəhalət, qorxu, tabu, mistika burulğanında çarəsizliyi əks olunur. “Bəyəl” adlı ucqar kənd sakinlərinin başına gələn hadisələr, əslində, böyük bir cəmiyyətin bədbəxtliyindən xəbər verir. Müəllif heç bir mühakimə etmədən oxucunu ob- razlarla üz-üzə qoyaraq bəyəllilərin heç vaxt bit- məyən əzadarlığına dəvət edir...
Romanın motivləri əsasında çəkilmiş “İnək” filmi ilk neorealist film kimi İran kinosunu dünya miqyasına çıxarıb. Film Venesiya, Berlin və Kann kimi məşhur kinofestivallarda mükafatlara layiq görülüb.