Məhsul kodu: 9308
Heyranedici, müstəsna dərəcədə gerçək bir romandır! Kitab kommunizm və totalitarizm şəraitində, siyasi intriqa, casusluq və sevgi kimi hisslər burulğanında yaşayan mühacirin həyatından bəhs edir. Ailənin vacibliyi, məcburi ayrılıq illərində çətinliklərə qarşı mübarizədə ona güvənmək inandırıcı və əbədi bir hissdir. Əsərin baş qəhrəmanı Rüstəm idealist olduğu qədər də praqmatik bir insandır, həyata, ailəyə öz baxışı var, özünə inanır. Məhz bu sonuncu keyfiyyəti sayəsində ayaqda dura bilir, həyatda uğur qazanır. Rüstəmin özü və gözəl ailəsi ilə bağlı arzuları həyata keçsə də, o, ömrünün sonunda dəhşətli alzheimer xəstəliyinə mübtəladır...