Məhsul kodu: 9312
Tarixi roman olan “İki Seçim”, Azərbaycanın ən az öyrənilmiş, ancaq tarixində ən görkəmli yerlərdən birinə sahib Difai partiyasını, onun fəaliyyətini, Azərbaycan almanlarını, Nargin adasını, ümumiyyətlə, XX əsrin əvvəllərində Azərbaycandakı ictimai vəziyyəti bədii şəkildə oxucuya təqdim edir.
“Avropada təhsil alan və orada yaşayan Kazım Həsənov rahat həyatına davam edərkən 1905-ci ildə vacib bir məktuba görə hər şeyi tamamilə tərk edib gərgin vəziyyətdə olan Azərbaycana geri dönür. Azərbaycan türkləri və ermənilər arasındakı qırğının ən şiddətli zamanlarında doğma şəhəri Gəncəyə geri döndükdən sonra fərqinə varır ki, əsarətdə qalan vətəni üçün xidmətin ən uyğun zamanıdır. Ona “Difai” firqəsi tərəfindən tam istədiyi bir şəkildə təklif verilir, ancaq bu təklif onu heç gözləmədiyi iki seçim qarşısında qoyur. Ya özündən çox sevdiyi insanları qurban verərək çox çətin şəraitdə olan vətəninə xidmət etməlidir, ya da qəbul etməyərək belə vacib işdən əl çəkməyin peşmançılığını yaşamalıdır”.