Məhsul kodu: 9496
Erik Volf Siqal onun həyatını dəyişmiş bu romanı yazanda(1970) 33 yaşı var idi. Siqalın ravvin ailəsində böyüdüyünü, Harvard, Prinston, Yel, Oksford universitetlərində yunan və latın ədəbiyyatından dərs dediyini nəzərə alsaq, bəlkə də, bunda ilahi nişanə var idi. Ona qədər professor Siqal yazıçı-ssenarist kimi də özünü göstərmək istəmişdi - bir kitab və məşhur Beatles qrupunun Yellow Submarine filminə ssenarinin bir hissəsini yazmışdı. Amma növbəti ssenarisini heç kimə sata bilmirdi. Siqalın meneceri ona əsəri romana çevirməyi məsləhət gördü. Nəticədə Bir sevgi tarixçəsi fenomeni ortaya çıxdı. Kitab 33 dilə çevrilib 20 milyon tirajla satıldı. Eyni ildə çəkilən film isə onlarla mükafata ( Oskar, Golden Globe və s.) layiq görüldü, kinomatoqrafiya tarixində 6-cı ən gəlirli filmə çevrildi.
1937-ci ildə Nyu-Yorkda anadan olmuş Siqal 2010-cu ildə Londonda dəfn edildi. Onun dəfnində Frensis Linin bəstələdiyi məşhur <