Məhsul kodu: 9575
Ernest Miller Heminquey (21 iyul, 1899 – 2 iyul, 1961) – amerikalı yazıçı və jurnalist. Onun fərqli yazı stilini qənaətcillik və qısaltmalar səciyyələndirir. Heminqueyə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır; bunu Aysberq (ingiliscə “Iceberg”) üslubu adlandırdılar. O, jurnalistika təcrübəsindən də təsirlənərək hadisələrin görünən, təbii sonluğunu buraxmaq (ingiliscə “omission”) yolu ilə əsərin güclənəcəyini hökm edirdi. Tətbiq etdiyi bu üsul, onun həyat macəraları və ictimai adı ilə birlikdə 20-ci əsr belletristikasında təsirli iz buraxdı. Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır. Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerika və Britaniya ədəbiyyatına ciddi təsir göstərmişdir. Amerikan yazıçısı Ernest Miller Heminquey Çikaqo yaхınlığındakı Ouk-Park şəhərciyində doğulmuşdu. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu.