Məhsul kodu: 9610
Sovet ordusunun Əfqanıstana girməsi və 10 il aparılan müharibənin nəticəsi nə oldu? Sovetlər Birliyi bu savaşı niyə başladı, niyə bu müharibə sona çatmadı?
Qəribə odur ki, Əfqanıstan müharibəsi barədə yüz–lərlə əsgər mahnısı, tarixi faktları əks etdirən onlarla kitab yazılsa da, bu savaşın bədii həlli tapılmayıb, bu müharibə barədə roman-xatirə yoxdur.
Zakir Sadatlı Əfqanıstana girən ilk Sovet hərbi birləşmələrinin tərkibində olub. 2 il ərzində gördüklərini – müharibə dəhşətlərini, savaş iztirablarını, dost itkilərini, ölüm-itimləri – düz 30 ildən sonra yazdı, ürəyində və yaddaşında düyünlənib qalmış bu ağır yükü oxucularla bölüşdü.
Roman – detektiv əsər, çılpaq həyat fəlsəfəsi, müharibə estetikası, mübarizə poetikası təəssüratı yaradır. Amma bütün bunların heç biri təxəyyül məhsulu deyil, reallıqlardır, yazıçının eşitdikləri yox, yalnız gördükləri, içində olduqlarıdır…
Oxucu müəlliflə bərabər mühasirə dəhşətini, döyüş həyacanını yaşayır; müharibə görməyən, az qala, silahın nə olduğunu bilməyən oxucu belə müəlliflə bərabər döyüşlərə atılır və sonda müharibənin yükü çiyinlərində, bərkə-boşa düşmüş adam kimi romanı bitirir.
Bitirirmi? Yox, bu hiss və düşüncələr bir ömrün təəssüratlarına bəs edər