Məhsul kodu: 9782
 Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İsi Məlikzadə 1934-cü ildə Azərbaycanın Ağcabədi rayonunda anadan olub.Burada orta məktəbi bitirdikdən sonra o vaxtkı Azərbaycan Sənaye İnstitutunun neft-kimya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə ixtisası üzrə başlasa da, sonralar  Ulduz  və  Azərbaycan  ədəbi jurnallarında, Azərbaycan Dövlət Nəşriyyatında, Cəfər Cabbarlıadına  Azərbaycanfılm  kinostudiyasında,  Mozalan  satirik kinojurnalında və Azərbaycan Dövlət Akademik Dram Teatrında işləyib. 1994-cü ildən ömrünün sonunadək  Azərbaycan  jurnalında publisistika şöbəsinin müdiri vəzifəsində çalışan yazıçı 1995-ci ildekabrın 5-də vəfat edib.
Yazıçının ilk kitabı ( Həsrətin sonu ) 1964-cü ildə işıq üzü görüb və oxucuların diqqətini cəlb edib. Bundan sonra onun müxtəlif illərdə bir-birindən maraqlı onlarla əsəri nəşr olunub.
İsi Məlikzadənin ssenariləri və əsərlərinin motivləri əsasında  Alma almaya bənzər ,  Pəncərə ,  Gümüşgöl əfsanəsi ,  Evlənmək istəyirəm ,  Hacı Qara” (Cahangir Mehdi iləbirlikdə),  Gəl qohum olaq  kimi ekran əsərləri çəkilib. Yazıçının  Qatarda  hekayəsi əsasında hazırlanan eyniadlı televiziya tamaşası tamaşaçılar tərəfindən çox sevilir.