Məhsul kodu: 9810
İyirmidən çox romanın və yüzlərlə hekayənin müəllifi, uğurlu kinossenarist, prestijli mükafatlar laureatı Robert Bloxun “Psixo” romanı özlüyündə unikaldır. Norman Beyts adlı cavan oğlanın həyatından bəhs edən bu kitab Alfred Hiçkok tərəfindən çəkilmiş “Psixo” klassik trillerinə əvəzolunmaz motiv bəxş edib və müasir qərb mədəniyyətindəki yeni “bədheybət” kultuna həyat verib. Robert Blox bu romanın başgicəlləndirici uğurundan sonra – 1980-ci illərdə öz məşum qəhrəmanına qayıdaraq, ona daha iki kitab həsr edib. Bu trilogiya – müəllifini müraciət etdiyi janrda fenomen, virtouz ədəbi və dil oyunları ustası, görkəmli polimat, müasir kütləvi mədəniyyət stereotipləri və qorxuları barədə ironik şərhçi adlandırmağa imkan verir. “Psixo” psixoloji roman-trilleri müasir Avropa ədəbiyyatı və kinematoqrafiyasında ən çox sitat gətirilən əsərlərdən biridir.