Məhsul kodu: 9820
Müstəqillik dövrü ədəbiyyatımızın görkəmli nümayəndəsi Rafiq Tağının hekayələr toplusunun III cildini sizlərə təqdim edirik. Bu hekayələri oxuyarkən siz yaxın keçmişimizə səyahət edəcək, yazıçının sehrli qələmi ilə zamanın girdabında itmiş, qeyb olmuş gerçəklikləri geri gətirəcək, bu dövrün bədii salnaməsi ilə tanış olacaqsınız.
Rafiq Tağı usta bir hekayəçidir, onun hər bir hekayəsini sıxılmış roman adlandırmaq olar. Hekayələr kinematoqrafik özəlliyə malikdir, təsvir edilən hadisələr görsəldir və güclü dinamikaya malikdir. Hekayələri oxuyarkən eyni zamanda Rafiq Tağının üslubundakı poetizmə diqqət etmənizi tövsiyyə edirik. Yazıçı kövrək təbiətlidir, bəzən göz yaşlarını üstələmək üçün yumora, sarkazma geniş meydan verir, şairanə təbiətini gizlətməyə çalışır. Lakin yazıçının bu cəhdlərinə baxmayaraq, hekayələrdəki şairanə incəlik, bəzən sentimental xəyalpərəstlik düşüncəmizin alt qatında özünə yer edir və hekayələri oxuyub bitirsək də, bu əhval-ruhiyyə bizimlə həmişəlik qalır.