Məhsul kodu: 10428
Avropanın güneyində, Adriatik dənizinin sahilindəki Albaniya dövləti ilə Qafqaz Albaniyasını 1100 ilə yaxın bir tarix ayırır. Adları oxşar olan bu ölkələrdə insanlar soyca bir-birinə bağlı olmasalar da, görünüşlərində, davranışlarında bir yaxınlıq var. Balkanlardakı bir çox ölkələrlə müqayisədə Albaniyanın Azərbaycanla iqtisadi, siyasi əlaqələri zəifdir. Buna baxmayaraq 20-ci yüzildə Azərbaycanda albanlar yaşamış və ölkənin ictimai-siyasi həyatında izlərini qoymuşlar. Kitaba yol qeydlərim, Azərbaycanda yaşamış Əhməd Bedi Triniç, Nafiə Abid (Tanur), İsmail Farka haqqında bəhs edən məruzə-məqalələr daxil edilib.
İSBN: 978-9952-8411-3-8