Məhsul kodu: 10435
Bir sıra mütəfəkkirlərimiz kimi, Əhməd bəyin də ömür hekayəsi itib, ictimai xidmətləri, ədəbi irsnin böyük qismi dəyişən formasiyaların xarabalıqlarına gömülüb.
Ömrünü ictimai xidmətə, mədəni tərəqqiyə, maarifə, milli-mədəni irsin toplanmasına və bütün bunlarla yanaşı fiziki mövcudluq uğrunda savaşa həsr etmiş Əhməd bəy Cavanşir əzmli bir müqavimət, mənəvi dirəniş, həyata tutunma timsalı, oxumağa-öyrənməyə dəyən bir ömür örnəyidir.
“Əhməd bəy Cavanşir” kitabı xatırlanmağı haqq edən, lakin unudulmuş bir şəxsiyyətin tanıtımıdır.
Bu kitaba müəllifin Qarabağın 19-cı yüzildəki ictimai-siyasi durumuna və Əhməd bəy Cavanşirə həsr edilmiş “Mövcudluq Uğrunda” tarix-sənədlii romanından bir hissə, Həmidə xanımın atası ilə bağlı xatirələri və Əhməd bəy Cavanşirin tarixi öçerkləri daxil edilib.
Azərbaycan ictimai jurnalistikasının banilərindən biri olan maarifçi ədib Əhməd bəy Cavanşirin çoxşaxəli fəaliyyəti və misilsiz ömür hekayəsi ilk dəfə olaraq oxuculara təqdim edilir.