Məhsul kodu: 10786
Müasir kimya zəngin eksperimental materiallar və tutarlı nəzəriyyələrə əsaslanan fundamental elmlər sistemidir. Kimya təbiət haqqında olan elmlər arasında əsas yer tutur və fantastik yaradıcılıq gücünə malikdir. Bu gün üçün demək olar ki, 20 milyon üzvi və yarım milyona yaxın qeyri-üzvi maddələr məlumdur. Onların bir hissəsi bizə təbiət tərəfindən hazır şəkildə verilmiş təbii maddələrin azacıq modifıkasiyası yolu ilə əldə edilmişdir. Lakin maddələrin böyük bir qrupu isə, təbiətdə mövcud olmadığı halda, insan tərəfindən sintez edilmişdir. Kimyanın unikallığı bununla bağlıdır: o, təkcə təbiət tərəfindən verilənlərlə kifayətlənmir, daima özünə ən yeni tədqiqat obyektləri yaradır. Bu xüsusiyyətinə görə kimya digər elmlərdən fərqlənir