Məhsul kodu: 10804
Kitabda Qarabağın Azərbaycanın tarixi və mədəniyyətində yeri öz əksini tapmışdır. “Qarabağ” adının etimoloji mənası haqqında məlumat verilmiş, XIII əsrdən başlayaraq XX əsrin əvvəllərinədək burada baş verən hadisələrə işıq salınmışdır. Heç vaxt heç bir erməni dövlətinin tərkibində olmayan, XVIII və XIX əsrlərdə çiçəklənən Qarabağda çar Rusiyasının işğalından sonra məqsədli şəkildə həyata keçirilən inzibati-ərazi bölgüsünə toxunulmuşdur. Ermənilərin bura köçürülməsi, demoqrafik və mədəni tarazlığın pozulması milli zəmində baş verən münaqişənin əsas amillərindən biri kimi göstərilmişdir.