Məhsul kodu: 11084
Bir səhər yuxudan oyanan kimi ağlına illərdən bəri görmədiyin dostun gəlir. Bir saat sonra onunla küçədə rastlaşırsan. Səncə, bu, təsadüfdürmü?
Heç lotereyada udmusan? Yox? Amma udanlar var. Həm də davamlı! Onlar səndən daha şanslıdırmı? Ümumiyyətlə, şans deyə bir şey varmı?
Sənə sirli şəkildə tanış gələn predmet və hadisələr necə? Sanki əvvəllər hardasa görmüsən. Bu, keçmişdir, yoxsa gələcək? Yuxudur, yoxsa gerçəklik?
Bütün bu suallara cavab tapmaq istəyirsənsə “Ağlasığmaz” romanını mütləq oxu. Bu, insanı düşündürən, riyazi nəzəriyyələrlə macəranı birləşdirən bir kitabdır. Romanın sonunda bir tərəfdən şizofreniyanın həqiqi səbəbləri haqqında düşünəcək, o biri tərəfdən adi bir hərəkətin insan həyatını necə dəyişdiyinə təəccüblənəcəksən.