Məhsul kodu: 11245
Həyatını dəyişmək istəyirsənmi? Kim deyir ki, bacarmazsan?
Deniel Çidiak bir gün öz həqiqətini yaşamadığını dərk edib və həmin gün onun həyatının dönüş nöqtəsi olub. İşindən yarımır, başqaları ilə münasibətlərindən əziyyət çəkirmiş. Gerçək dəyərləri ilə səsləşməyən seçimləri onun həyatını ağırlaşdırırmış. Lakin o, içində yatan, – və əslində hamımıza xas olan, – gizli potensialını dərk edə bilmirmiş. Beləcə, öz daxili aləminə böyük səyahətə başlayıb. Deniel həyatda böyük uğurlar qazanmış şəxsiyyətlərin həyatını araşdırıb, böyük spiritualistlərdən, ustadlardan məsləhət alıb və insanın öz taleyini müəyyən etməsinin sirlərini aşkar edib. Öz həyatını dəyişməkdə yararlandığı şəxsi təcrübəsinin əsasında insanın gerçək kimliyini aşkar etməsi, öz həyatı ilə bağlı qərar verməsi, daim yeni biliklərə can atması kimi vacib məsələlər haqqında yeddi addımdan ibarət bir təlimat sistemi yaradıb. Oxucunu azdırmayan, yalnız dərin idrakına güvənən Deniel Çidiak daim ilham, yeni ideyalar verən səmimi bələdçidir. Onun yaradıcı metodu çox təbii yayılıb və artıq yüz minlərlə oxucunun həyatını dəyişib. Bu praktik məşqlər və interaktiv alətlər toplusu sizi öz qarşınızda suallar qoymağa və həyatınızı dəyişə biləcək qərarlar qəbul etməyə səsləyir, sonda sizi axtarışında olduğunuz özünüreallaşdırmaya yönəldir. Yeni çağırışlara, heyrətlənməyə, valeh olmağa hazırlaşın. Bunları əlinizdəki kitabla yox, öz gücünüzlə edəcəksiniz.