Məhsul kodu: 11269
Şota İataşvili (1966) çağdaş gürcü ədəbiyyatının görkəmli nümayəndəsi - şair, yazıçı, tərcüməçi və ədəbiyyat kuratorudur. Ölümün qanadlarında adlı ilk kitabı 1993-cü ildə işıq üzü görüb, daha sonra çox sayda şeirlər kitabı, dörd nəsr və ədəbi-tənqid kitabı çapdan çıxıb. Tənqidçi fəaliyyətinə görə öz ölkəsinin SABA mükafatını qazanıb. Eyni zamanda Alternativ ədəbiyyat jurnalının baş redaktorudur. Şotanın redaktorluğu ilə İngiltərədə, Rusiyada, Almaniyada, Niderlandda və Ukraynada Gürcü şeiri antalogiyası kitabları nəşr olunub. Şota İataşvilinin Həvəskar romanı düşüncə axını üslubunda yazılıb. Əsərin qəhrəmanı Nikolas 50 yaşında qəflətən ayılır və başa düşür ki bu günə qədər şeirlər yazaraq və həyatın poetik tərəflərini araşdıraraq ömrünü boşa verib və həyatı dərindən anlamayıb. Bundan sonra o çeşidli elm sahələrində araşdırmalar aparır, öyrənir və bu öyrəndiyi yeni şeylər onun həyatındakı hadisələr fonunda təsvir edilir.