Məhsul kodu: 11322
Təqdim olunan kitab bir avropalının, daha dəqiq desək, fransız şərqşünası Fransua Peti dö la Kruanın (1653-1713) Şərq sevgisinin, Şərq ölkələrinə olan səfərlərinin nəticəsi kimi tərtib olunub, fransız oxucusuna təqdim etdiyi “Min bir gün” əsəridir. Məşhur “Min bir gecə” nağıllarına cavab kimi tərtib olunmuş bu əsər ondan fərqli olaraq, kişilərin vəfalı olması ideyası üzərinə qurulmuşdur. “Min bir gün” əsəri çap edildiyi vaxtdan başlayaraq geniş şöhrət tapması səbəbindən ardıcıl olaraq alman, ingilis, italyan, rus və başqa xarici dillərə tərcümə edilərək yayılmışdır. Hazırkı mətn əsərin osmanlı türkcəsindən çevrilmişdir.