Məhsul kodu: 11355
Yazıçı məşhur xəfiyyə Şerlok Holms personajının tam əksi olan, lakin ağlı və zəkası ilə ondan geri qalmayan Arsen Lupen obrazını yaratmaqla maraqlı qarşıdurmanın əsasını qoyub. Əsər Arsen Lupenin sirli macəraları, məharətlə düşünülmüş fəndləri və qoyulan tapmacaların cavablarının tapılması yolları
ilə diqqəti cəlb edir. “Arsen Lupen – alicənab soyğunçu” (1907) – fransız yazıçısı Moris Leblana (1864-1941) dünya şöhrəti qazandırmış detektivlər seriyasından ilk kitabdır. Yalnız öz əxlaq kodeksinə tabe olan mahir soyğunçu heç vaxt təslim olmur. Elə buna görə də yenilməz ingilis xəfiyyəsi Herlok Şolmsla yolları kəsişəndə “polis və oğru” oyunu xüsusilə cəlbedici olur. Alicənab soyğunçu Beyker-stritdən olan məşhur centlmeni (axı məhz onu adını bir neçə dəfə dəyişdiyinə görə tanımaq çətindir) aldada biləcəkmi? Hər necə olursa olsun, amma, demək olar, bir əsrdir ki, Moris Leblanın və onun cazibədar qəhrəmanı Arsen Lupenin milyonlarla pərəstişkarı bu mübarizənin gedişini həyəcanla izləyir.