Məhsul kodu: 11358
“Doqquzuncu cərrahiyyə şöbəsi” əsəri xəstə bir yeniyetmənin məhəbbətindən və çəkdiyi əziyyətdən, xoşbəxt olmaq istəyən gənc bir qızın təmiz sevgisindən, inanmaq arzusu bütün mənliyinə hakim olan bir insanın aldanışlarından və bomboş xəstəxana divarlarında əks-səda verən səssiz hıçqırıqlardan bəhs edir.
Əsər qarşılaşdığı çətinliklər səbəbindən həyat eşqini itirən bir insanın yaşadığı kədərli hadisələri təsvir edərək bütün problemlərə rəğmən mübarizə aparmağı, həyat eşqini itirməməyi aşılayır.
Türk ədəbiyyatının görkəmli yazıçılarından olan Peyami Safanın ən sevilən və maraqla qarşılanan “Doqquzuncu cərrahiyyə şöbəsi” romanı oxuculara kədərli bir hekayə təqdim edən avtobioqrafik əsərdir.
Yazıçının öz keçmişindən izlər daşıyan bu romanında xoşbəxtliyi və fəlakəti eyni təsirli ifadə gücü ilə təqdim etməsinə heyran qalacaqsınız.