Məhsul kodu: 11383
“Katyuşa” romanı İkinci Dünya müharibәsi zamanı NKVD-nin tәqibindәn gizlәnәn gәnc Katerinanın vә onun әtrafındakı insanların keşmәkeşli
hәyatından bәhs edir. Əsәrdә tәsvir olunan dramatik hadisәlәr hәm müharibә dövrünü, hәm dә ondan sonrakı illәri әhatә edir. Müxtәlif millәtlәrә vә inanclara mәnsub insanların bir-biri üçün etdiyi fәdakarlıq tabloları ilә zәngin olan “Katyuşa” romanı dostluq, qardaşlıq, insan vәfasının tәcәssümü
baxımından da maraqlı әsәrdir. Azәrbaycanın ucqar dağ kәndindәki hәyatdan bәhs edәn romanın әvvәli oxucuda komediya tәәssüratı yaratsa da, hadisәlәrin sonrakı inkişafında söhbәtin, әslindә, insan faciәsindәn getdiyi aydınlaşır.