Məhsul kodu: 11392
Roman Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair-maarifpərvər Haşım bəy Saqibin ömür yolundan bəhs edir. Onun doğulub boya-başa çatdığı mühit, XIX əsrin sonları, XX əsrin əvvəllərində Azərbaycandakı maarifçilik hərəkatı, Cümhuriyyət dövrü və həmin dövrdə Haşım bəy Saqibin xidmətləri romanda geniş əksini tapıb. Xatırladaq ki, Haşım bəy Saqib ictimai xadim Ruhulla Axundovun yeznəsi, Xalq artisti, görkəmli aktrisamız Nəcibə Məlikovanın atasıdır.
İSBN: 978-9952-551-38-9