Məhsul kodu: 11399
Amanabənd romanı Azərbaycanda müstəqillikdən sonrakı dövrü əhatə edir.
Hadisələr əsasən Bakının mərkəzindəki Sovetski adlanan ərazidə baş verir.
Qəhrəman Sovetski də doğulur, böyüyür, aşiq olur və sonda yaşadığı məhəllənin sökülməsiylə buranı tərk etmək məcburiyyətində qalır.
Amanabənd - o yan, bu yanlığı, başqa sözlə, var olmaq və olmamaq arasındakı incə xətti ifadə edir. Baş qəhrəmanın sevgisi amanabənddir, sevgilisiylə arasındakı bağ hər an qırıla bilər. Sovetski məkan olaraq amanabənddir, hər an yer üzündən silinə bilər. Həmçinin digər qəhrəmanlar da amanabənd həyatlar sürür, incə xətt üzərində yaşamağın ağrılarını çəkirlər.
Bu, münasibətlərdəki, insan və məkan arasındakı, indi və keçmiş arasındakı kövrək bağların hekayəsidir. Qəhrəmanlar bizim tanıdığımız, gündəlik həyatda rast gəldiyimiz insanlardır. Bəlkə də onlar elə bizik.
Amanabənd - Cavid Ramazanovun ikinci kitabıdır.