Məhsul kodu: 11450
Kitabda müəllifin ötən əsrin başlanğıcında türk jurnallarında çap olunan hekayələri toplanıb. Yazıçı “həyatın dibinə” yuvarlanan insanların təzadlı aləmini məharətlə açır. Rəngarəng obrazlar oxucuyla dialoqa girir. Daxili tənhalıq yaşayanlar, haqsızlıqla üz-üzə qalanlar, dərdinə çarə tapa bilməyənlər, ruhi sarsıntı keçirənlər, özünü unudanlar... Hər bir hekayədən bir tale boylanır. Azərbaycanlı oxucular Səbahəddin Əlini hələ sovet dövründə məşhur olan “Xəz paltolu madonna” romanı ilə tanıyırlar.