Məhsul kodu: 11469
Bu kitabı yazmamışdan əvvəl müxtəlif ölkələrin (Amerika, Hindistan, Yaponiya, Almaniya, Rusiya, Türkiyə və.s) şəxsi inkişaf və psixoloji kitab və məqalələrindən qeydlər götürür, onları araşdırırdım.Hindistandan aldığım yapon şəxsi inkişaf yazarı Ryuho Okava-nın Müdrikliyin Qanunu kitabında Elə bir an yetişir ki sən artıq gəlirlərdən (oxuduqlarından) qığılcım ala bilmirsən və özün ixrac etmək (yazmaq) istəyirsən mənasını verən cümlə Xoşbəxtlik Beyindədir kitabının yazılmasına vəsilə oldu.Buna qədər çox kitablar oxumuşdum, amma bu kitabdakı bir cümlə mənim həyatımda dönüm nöqtəsi oldu və mən özümü həm təlimçi həm də, yazar kimi sınamağa başladım. Həyatınıza təsir edəcək cümlə ilə qarşılaşmaq niyyəti ilə- xoş mütaliələr.