Klodius Bombarnak

Məhsul kodu: 11486

  • 14 AZN
  • 11.2 AZN


Müəllif
Jül Vern
Kateqoriya
Proza , Macəra , Klassika
Nəşriyyat
Gündüz Yayınları
Səhifə
316
Tərcümə
Əkbər Ağayev
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

“Klodius Bombarnak” əsəri də müəyyən dərəcədə tarixi əsər sayıla bilər, çünki burada təsvir olunan hadisələr artıq çoxdan tarixə qovuşmuşdur, lakin əsasən macəra üslubunda yazılmış bu roman başqa bircəhətdən əhəmiyyətlidir. “Klodius Bombarnak” romanında Jül Vern köhnə qitənin şərq tərəfinə – Rusiyaya, Zaqafqaziyaya və Orta Asiyaya nəzər salmış, bu ölkələrin həyatı ilə əlaqədar olan bəzi hadisələri işıqlandırmışdır.
Əsər yol qeydləri formasında yazılmışdır. Onun qəhrəmanı Tiflisdən başlayaraq Pekinə qədər dəmiryolu ilə səyahət edir, gördüyü yerləri – Gürcüstanı, Azərbaycanı, Xəzər dənizini, Krasnovdskı, Orta Asiyanın bir çox şəhərlərini öz qeydlərində təsvir edir. Jül Vern bu əsərində XIX əsrin axırlarında Zakaspi dəmiryolu xəttinin çəkilməsinə, mühəndis və texniklərin işinə qiymət verir, bunu böyük elmi və mədəni bir hadisə kimi səciyyələndirir. Bu əsər yarandığı zaman Zakaspi dəmiryolu yalnız Səmərqəndə qədər çəkilmişdi, lakin yazıçının öz yaradıcı fantaziyasının gücü ilə əsərdə bu yol artıq tamamilə çəkilib qurtarmış və hətta Pekinə qədər gedib çatan xətti kimi təsvir edilir. Həmçinin əsərdə Semipalatinskdən keçib Orta Asiyanı Sibirlə birləşdirən dəmiryolu xəttinin çəkilməsindən danışılır (halbuki o zaman bu xəttin – gələcək Türksibin! - heç layihəsi də tutulmamışdı). Lakin bütün bu fantaziya müəyyən elmi, həyati və mümkün ola biləcək həqiqətlərə əsaslandığı üçün romanda təbii və inandırıcı səslənir.
Əsərdə texniki tərəqqi ideyası əsas yer tutsa da, roman ictimai mənalı dolğun səhifələri də az deyildir və əsərdə burjua cəmiyyətinin bir çox cizgiləri satirik qələmlə ifşa olunur. Romanın müxtəlif şəhərlərin, xalqların və tayfaların həyatına, məişətinə həsr olunmuş səhifələrində nəzərə çarpan yanlışlıqlar və qeyri-dəqiq məlumat göstərir ki, Jül Vern bəzən istifadə mənbələrə tam etibarlı mənbələr kimi baxmışdır, ayrı-ayrı alim və səyyahların məlumatına inanmışdır. Belə yanlışlıqlar haqqında qeydlərdə məlumat vermişdir. Bununla birlikdə, müəllifin bir çox müşahidə və nəticələri, habelə təsvirləri tarixi cəhətdən həqiqətə uyğun gəlir.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar