Məhsul kodu: 11505
Aristotel, ehtimal ki, elmin bütün sahələrində uğur qazanan ilk və ən böyük alim – ensiklopedistdir. O, ruhun mahiyyəti və meteoroloji təzahürlər barədə mühakimələr apararaq, ən müxtəlif mövzularda – dəniz balıqqulaqlarının görü- nüşündən tutmuş sonsuzluğa qədər hər şeydən, poeziyadan, incəsənətdən, yuxugörmənin izahına qədər – əsərlər qoyub gedib. Aristotelin idrakla bağlı toxunduğu bütün sahələrdə izi vardır (yalnız riyaziyyatda Platon və platonizm nəzəriyyəsi üstünlük təşkil edir). Bütün bunlar- dan əlavə, Aristotel məntiqin də banisi sayılır.