Məhsul kodu: 11547
Kitabda Əzizə Cəfərzadənin şairə, rəssam və xeyriyyəçi Xurşidbanu Natəvan (1832-1897) haqqında
hekayələri yer almışdır. Müəllif bu hekayələrdə Xan qızı Natəvanın yaşadığı dövrü, Şuşa və Ağdamda
keçən həyatını canlandırmış, eyni zamanda milli adət-ənənələri, xalqımıza aid yüksək əxlaqi
dəyərləri özünəməxsus üslubda əks etdirmişdir. Kitab Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 2022-ci ildə Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyi münasibətilə tədbir və
nəşrlərin həyata keçirilməsi sərəncamını əsas alaraq çap edilmişdir.