Məhsul kodu: 8825
Əgər əsəbləriniz zəifdirsə, bu kitabı dərhal qaytarıb yerinə qoyun və ondan “cüzamlıdan qaçırmış kimi” qaçın. “Boyalı quş” müharibə və onun dəhşətləri haqda yazılmış ən yaxşı, ən təsirli romanlardan biridir. Siçovulların diri-diri yediyi nasist, qısqanclıq üzündən muzdurun gözlərini qaşıqla çıxaran dəyirmançı, keçi ilə “yatan” qadın, saysız- hesabsız insan ölümləri, bunlara şahid olan və hadisələri nəql edən uşaq... Müharibənin dəhşətlərindən qorumaq üçün ata-anası tərəfindən uzaq bir kəndə göndərilən, taleyin buradan-ora, oradan-bura atdığı həmin sadəlövh uşaq öz-özünə sual verir: böyük sobalar tikib bütün yəhudi və qaraçıları yandırmaqdansa, bütün insanların gözlərinin, saçının rəngini dəyişmək daha asan olmazmı? Faciə ilə qorxunun, günahsızlıqla səmimiyyətin vəhdəti demək olan əsərin təsirindən çıxmaq elə də asan olmayacaq...