Məhsul kodu: 11551
Doğrudanmı müasir insan on dəqiqəlik söhbət ərzində orta hesabla üç yalan danışır? Yalanın həyatımızın bütün sahələrinə nüfuz etməsinə necə reaksiya verməliyik? Yalanı sözdən və ya səsdən anlaya bilmiriksə, nə etməliyik? Kitabda bu suallara ətraflı cavab tapacaq-sınız. Unutmayın, yalanı gizlətmək son dərəcə çətindir. Sosial statusundan və milli mənsubiyyətindən asılı olmayaraq, mikroifadələr və mikrojestlər yalançını hər zaman ələ verir. Başqalarının görə bilmədiyini sezməyə çalışın. Kitab yalanın ifşa olunmasında maraqlı olan siyasətçi və biznesmenlərə, həkim və hüquqşünaslara, psixoloqlara, pedaqoqlara, menecerlərə, evdar qadınlara, həm peşəkar, həm şəxsi həyatda psixoloji manipulyasiyanın və yalanın qurbanı olmaq istəməyən hər kəsə ünvanlanıb.