Məhsul kodu: 11563
Hər bir dövrdə dinə inananlar arasında xilaskar mövzusu aktual olub, hətta bu mövzudan sui-istifadə halları yaranıb və o indi
də davam etməkdədir.
Səmavi elçilər öz kəlam və kitablarında müjdəli xəbərlərlə möminlərin işıqlı gələcəklə bağlı nikbin baxışlarını bəsləyiblər.
Hər bir peyğəmbər özündən sonrakı peyğəmbərə qədər olan zaman fasiləsində ardıcıllarının qəlbini aram etmək, imanını
möhkəm və sarsılmaz etmək, təqva və səbir aşılamaq istiqamətində tapşırıqlar veriblər. Həzrət İsa Yuhənna İncilində özündən
sonrakı peyğəmbərin gələcəyini müjdə verərək onun gəlişini dua edəcəyini buyurur.
İslam Peyğəmbəri də bu ilahi ənənəyə sadiq qalaraq öz ümmətinə onun nəslindən olan bir xilaskarın gəlişini müjdə verərək
buyurur ki, dünyanın sonuna hətta bircə gün qalsa da, onun müjdəsi həyata keçəcək.