Məhsul kodu: 1157
Şeir bəzən dahi Füzulinin təbirincə hikmət tapıntısı, Lamartinsayağı desək, zəkanın yuxusu, eyni zamanda o həm də ən primitiv və sadə səhnələrdən doğan, elmsiz, fəlsəfəsiz, hesab-kitabsız bir təsvirdir. Şair Elvin Paşanın şeirlərində bütün bu elementlər hissə-hissə, parça-parça əks olunub.
Kitabdakı şeirlərdə insana və bəşəriyyətə xas duyğuların monumental ifadəsi ilə yanaşı, bəzi şeirlərdə sosial problemlərin güclü təsviri insanı heyrətə salır ki, bu iki fundamental mövzu şairin ruhunda necə birləşib?!