Məhsul kodu: 11597
Hər kəs öz həyatını istədiyi kimi qurmağa can atır. Lakin biz çox zaman bunun mümkün olmadığını düşünürük. Bu belə deyil. İnsan çox mürəkkəb mexanizmdir. Yoqa bu mexanizmin tətbiqi üçün təlimatdır. Bütün sirlər isə “Daxili mühəndislik” sistemi vasitəsi ilə açılır. Beləliklə, sevinc və rifaha nail olmağın texnologiyası hər kəs üçün əlçatan olur.
Kitab “Daxili mühəndislik” sisteminə əsaslanaraq yoqanın bəşəriyyətə məlum olmayan qatlarını açır. Müəllif bu mövzuda BMT, Google, General Electric, Əmanət Bankı, eləcə də, Oksford, Stenford, Harvard, Yel Universiteti, Vor-
ton Biznes Məktəbi, Massaçusets Texnologiya İnstitutu və s. də daxil olmaqla, bütün dünyanın ən nüfuzlu müəssisələrində uğurlu mühazirələrlə çıxış edib.
Həmçinin sayı dünya üzrə 7 milyondan artıq olan fədailərin “Isha” xeyriyyə fondunun banisidir. Fonda BMT-nin İqtisadi və Sosial Şurası yanında xüsusi məsləhətçi statusu verilib.