Məhsul kodu: 11616
Mir Cəfər Pişəvərinin “Azərbaycan” qəzetində müxtəlif imzalarla çoxlu məqalələri çıxmışdır. Bu kitabda ilk dəfə olaraq ancaq “Novruz” gizli imzası ilə səksən il əvvəl dərc edilmiş anadilli və farsca məqalələrin tərcümələri oxuculara təqdim olunur. Burada həm də Pişəvə-rinin öz müəllimi Şeyx Məhəmməd Xiyabani haqqında böyük və naməlum araşdırması yer alır. Bunların kitab şəklinin səksən il yubanması Sovet rejiminin Milli Hökumət mövzusuna və M.C.Pişəvərinin o dövrdə fəaliyyətinə qoyduğu senzura ilə bağlı olmuşdur. Tərcüməçilər redaksiya şurasından qələm haqqı istəyib və almayıblar. Onlara və kitabın ortaya gəlməsində zəhməti keçənlərin hamısına dərin minnətdarlığımızı bildirirk.