Yaddaşımızdakı Tarix: Stalindən Sonrakı Azərbaycan

Məhsul kodu: 11637

  • 20 AZN
  • 16 AZN


Müəllif
Şəlalə Məmmədova
Kateqoriya
Tarix , Araşdırma , Siyasət
Nəşriyyat
Səhifə
512
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
73

Qısa məzmun

“Yaddaşımızdakı tarix: Stalindən sonrakı Azərbaycan” kitabı Şəlalə xanımın doktorluq işindən sonrakı araşdırmasıdır və nəhayət ki, bu il nəşr olundu. Doğrusu Sovet cəmiyyəti tarixnin görünən tərəfi nə qədər maraqsızdırsa, onun görünməyən tərəfləri bir o qdər maraqlıdır. Şəlalə xanımın oxucuya təqdim etdiyi məhz ötən əsrin 50-60-cı illərinin görünməyən tərəfləridir.

Müəllif həmin dövr respublika rəhbərliyinin, siyasi elita və millətçiliyin, sosial həyatın (təhsil, din, səhiyyə) maraqlı mənzərəsini yarada bilib. Kitabda Sovet kəndində, şəhərin sosial mənzillərində cərəyan edən proseslərin indiyə qədər tarixi ədəbiyyatda əks olunmayan tərəfləri əhatə olunub. Sosial ədalətin (və ya ədalətsiliyin) maraqlı məqamları var əsərdə. Müəllifin cəmiyyətin təcrid olunmuş kəsiminin yaşam tərzi və hüquq-mühafizə orqanlarında gedən qaranlıq işlər barədə məlumatları adamı heyrətləndirir. Kitabın bir fəsli “Sovet Azərbaycanında kapitalist iqtisadiyyatı” adlanır. Bu məsələ tarixşünaslığımız üçün tamamilə yeni məsələdir və Şəlalə xanım bu işin başlanğıcını qoydu.

“Yaddaşımızdakı tarix: Stalindən sonrakı Azərbaycan” kitabında çoxlu yeni arxiv materialları tədqiqata cəlb edilib. Bunun bir hissəsi Azərbaycan, digər hissəsi Rusiya arxiv materialıdır. Amma arxivlərdən başqa müəllif uzun müddət tədqiqatdan kənarda qalan “samizdadlardan” və yaddaş (şifahi tarix) materiallarından istifadə edib. Nəticədə monoqrafiya çox sanballı və uğurlu alınıb. Tarixə maraq göstərənlərin, xüsusilə gənclərin onu oxuması çox vacibdir. Çoxlu yeni məlumatlar, yeni yanaşma, neorealist dəyərləndirmə var bu kitabda, Ən başlıcası isə indiyə qədər bilinməyən bir tarix dünyasına düşəcəksiniz.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar