Məhsul kodu: 11617
Hər gün aldığınız qərarlar və etdiyiniz seçimlərlə siz gələcəkdəki müvəffəqiyyətlərinizi inşa edirsiniz. Gələcəyiniz öz əllərinizdədir.
Gənclik illərimiz hər bir insanın gələcək müvəffəqiyyəti və inkişafı üçün böyük imkanların olduğu dövrdür. Gənclik illəri 2 ən vacib strateji resursun olduğu dövrdür zaman və enerjinin. Məhz bu dövrdə bizim sonrakı həyatımızı rahatladacaq və uzun, məhsuldar, effektiv həyat yaşamağımız və həyatın hər bir mərhələsində zövq ala bilmək üçün zəmin hazırlayacaq vərdiş və bacarıqları qazanmalıyıq.
Bu kitab gənclər və pasportda göstərilən yaşdan asılı olmadan özünü gənc hiss edən bütün insanlar üçün yazılıb. Bu kitabda çox sadə, qənaətcil və gənclərin rahat anlaya biləcəyi şəxsi effektivlik sistemi başa salınır. Bu sistemi hər kəs öyrənə bilər və bunun üçün heç bir xüsusi proqrama ehtiyac yoxdur: ancaq kağız, qələm və istək lazımdır. Bununla bərabər müəllif öz peşəkar həyatından çox sayda müxtəlif vəziyyətləri nümunə olaraq göstərir.