Sancaqlı Kölgələr və Şetran Ulduzu

Məhsul kodu: 11709

  • 13 AZN
  • 10.4 AZN


Müəllif
Xan
Kateqoriya
Proza , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Strauss
Səhifə
358
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
100

Qısa məzmun

“Qarı uşağın dərisini başdan-ayağa qaplayan qana baxdı. Qan yaraşırdı bu ifritə qıza. Qan onun alın yazısında vardı. Qanla doğulmuş, qanla öləcəkdi. Sonra bir daha aşağı əyilib daha yavaşdan pıçıldadı:
– Xuni… İsmin Leyla Xuni, ismin Leyla Xuni, ismin Leyla Xuni.”

Xoşbəxt sonluq ümidlərinin üzərindən böyük, qanlı bir xətt çəkilmişdi. Artıq heç nə əvvəlki kimi olmayacaqdı. Bu lənətin dərinliklərinə baş vuranlar kölgələrdən bir daha əsla qurtula bilməyəcəkdilər. Onlar hər yerdədir. Hər küncdə, hər tində, hər döngədə və hər qaranlıqda. Ölüm sadəcə qurtuluşdur. Damlardan insanlar yağarkən, gözünüzə ölülər görünərkən, qaranlıqlar işıqları udarkən və gerçəklərlə yalan söylərkən ölüm qapınızı döyəcək. Ondan qaçmaq qapını açıb-açmamaqdan asılı deyil. Yalnız sevdikləri üçün həyatlarını qurban verənlər aydınlığa layiqdir. Hər aydınlığın sonunda bir kölgə pusqudadır. Gündüzün xeyirindənsə gecənin şəri yaxşı deyil. Gecənin şəri, qasırğa və “Şeytan ulduzu” artıq buradadır. Bundan sonrası yalnız mübtəlalıqdır.

“Xan Həsən bizi “qrim” elementləri ilə qorxutmağa çalışmır, əksinə, qələminin axıcı və oxunaqlı ahəngi ilə oxucunu öz daxili aləminə səyahət etməyə, öz qorxuları ilə üzləşməyə sövq edir”.
― Vüsal Aydın

“Yazıçı romanda hadisələri bir süjet ətrafında ustalıqla birləşdirib ayırır, hər bir detalı incəliklə təsvir edir. Xüsusən də əksər səhnələrdə oxuduqlarınızı görməyə, gördüklərinizdən də ürpərməyə başlayırsınız. Səhifələri vərəqlədikcə hər səsə, hər tıqqıltıya səksənirsiniz. Burada tarixlə reallıq, magiya ilə gerçəklik, məntiqlə məntiqsizlik qoşa addımlayır və ən əsası da yazıçı oxucunu inandırıb sətirlərin arası ilə sürükləyə bilir. Əgər bu roman redaktoru vahiməyə salıbsa, onu bir sıra səhnələri gözdən keçirmək üçün səhərin açılmasını gözləməyə vadar edibsə, qalanına siz qərar verin”.
― Redaktor İmanyar Quliyev

“Xanın belletristikasının özünəxas üslubu var. Daxili monoloqları gözəl ifadə edən müəllif qorxunu yalnız konkret təsvir və sözlərlə deyil, həm də ümumi ab-havanın qaranlığı ilə çatdırır. Hekayə yavaş, astagəl addımlasa da, əmin şəkildə hara getdiyini bilir. Milli ədəbiyyatımızda qorxu janrını görmək sevindirir”.
― ”Dartanyanlar” kitab klubu


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar