Məhsul kodu: 11718
S.Çatterci və D.Datta «Hind fəlsəfəsinə giriş» kitabında hind fəlsəfəsinin milli xüsusiyyətlərini müəyyən etməyə, onun nəzəri tərəflərini vurğulamağa və fəlsəfi problemlərini işıqlandırmağa çalışmışlar.
Müəlliflər qədim hind fəlsəfəsindəki çoxsaylı məktəblərin fikirlərini mümkün qədər qısa və aydın şəkildə təqdim etməyə çalışmışdır. Bu kitab vasitəsilə siz materializmlə idealizm, erkən buddistlər ilə brahmanistlər arasında mübarizə haqqında təsəvvür əldə edə, həmçinin müasir hinduizmin mənbəyi kimi vedantist Şankaranın fəlsəfi sisteminin əsasları ilə tanış ola bilərsiniz.