Məhsul kodu: 11802
Böyük Monqol imperiyasının ikinci xanı Ögedey atası Çingiz xanın qurduğu səltənəti dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirmişdir. Onun hakimiyyəti dövründə aparılan islahatlar nəticəsində dövlət mərkəzləşdirilmiş, monqollar digər mədəniyyətlərlə tanışlıq imkanı qazanmışdırlar. Bundan başqa, ərazisi iki dəfə böyüyən Monqol imperiyası Asiyadan Avropayadək uzanan ucsuz-bucaqsız coğrafiyada hökm etməyə başlamışdır.
Tanınmış tarixçi Əkbər N.Nəcəfin qələmə aldığı və geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitab Ögedeyin həyat və fəaliyyəti ilə bağlı maraqlı faktlarla zəngindir. Kitabda monqolların həyat tərzi, ənənələri, dövlət quruculuğu ilə yanaşı müxtəlif ölkələrə, o cümlədən Azərbaycana yürüşləri barədə heyrətamiz məlumatlar oxuyacaqsınız.