Məhsul kodu: 11820
Hüquqşünas, natiq, dövlət xadimi və filosof Mark Tulli Siseron Romanın çox çalxantılı dövründə ömür sürüb. Yaşadığı dövrdə Romanın süqutunu da, Yuli Sezarın yüksəlişini, diktatorluğunu və sui-qəsd olunduğunu da görüb.
Siseron öz ölkəsinin taleyinə, yunan düşüncəsinin sonrakı dövrlərə daşınmasında böyük rol oynamış mühüm tarixi şəxsiyyətdir. Bunu onun siyasi çıxışlarında və yazışmalarında, məktublarında görmək mümkündür. O, bu yazılarda dövrünün siyasi həyəcanını, gərginliyini, çaşqınlığını və intriqalarını açıq-aydın təsvir etmişdir.
Siseron öz dövrünün siyasi mühitini çatdırmaqla yanaşı, stoiklərin və Sokratın ardınca latın dilinin fəlsəfə dili kimi inkişafına mühüm töhfələr vermişdir. Məhz bu səbəbdən bir çox tədqiqatçılar onun fəlsəfəsinin müxtəlif məktəblərin təlimlərinin qarışığından (eklektikadan) ibarət olduğunu söyləyir.
Yaşamaq və qocalmaq əsəri həyatın ən vacib problemlərindən birinə işıq tutur. Kitab əsrlər əvvəl yaşayan bir romalının qocalıq haqqında düşüncələridir. Bu parlaq düşüncələr qocalığı pozitiv aura ilə qucaqlayır və müasir oxucunun qarşısında gözoxşayan mənzərə açır.