Məhsul kodu: 11963
Kitabda əlifba sırası ardıcıllığı ilə vacib ekzistensial, buddizm, təsəvvüf mövzularına toxunulub. Müəllif müxtəlif formalar vasitəsilə - hekayə, şeir, fraqment - bu mövzular üzərində ədəbi əməliyyat aparır. Əbəs yerə deyil ki, müəllif kitabını bu fraqmentlərlə başlayır:
“Mənim üçün aydınlaşdırmaq çətindir: niyə mən eyni kitaba həm poemalarımı salıram, həm də poeziyanı inkar edirəm, bir ölünün gündəliyi ilə keşiş bir dostumun qeydlərini birləşdirirəm...” Jorj Batay, “Poeziyaya nifrət”
“Gündəliklərə, qeydlərə, dinləyicilərin fikirlərinə, kəsə desək, insanın öləndən sonra arxasında qoyduğu, dillərin ucsuz-bucaqsız boşluğunda səsə çevrilən şifahi izlərdən ibarət qarışqa yuvasına hansı status verilməlidir?” Mişel Fuko, “Biliyin arxeologiyası”