Məhsul kodu: 11828
Valideynləri ilə İsveçrədə yaşamaq məcburiyyətində qalan bir qızın arzu və istəkləri, hissləri, qorxuları və ümidləri kitabda öz əksini tapıb. Ailə bir neçə il əvvəl İsveçrəyə mühacirət edib, ata, ana və onların iki qızı Nomi və Ildiko. Bütün bunları burada danışan isə Ildikodur. Beləliklə, ailə artıq İsveçrədə, rahat bir evdədir, pul qazanmaq üçün yeməkxana işlədirlər və uşaqlar da orada böyüyür. Lakin çətinliklər yoxa çıxmayıb. Yaşadıqları kiçik qəsəbədə əcnəbilərə qarşı fərqli münasibət əsərin qəhrəmanını incidir və o, tez-tez öz keçmişini, indi uzaqda qalmış Serbiyanın şimalındakı Voyvodina kəndini xatırlayır.