Səs

Məhsul kodu: 11833

  • 15 AZN


Müəllif
Kəramət Böyükçöl
Kateqoriya
Proza , Çağdaş Azərbaycan Ədəbiyyatı
Nəşriyyat
Kerazon
Səhifə
218
Tərcümə
Təmin edilmə
1-3 İş günü
Stock
97

Qısa məzmun

Azərbaycanda çox unikal hadisələr baş verir. Müsbətindən, mənfisindən asılı olmayaraq biz bu hadisələrin həm müəllifi, həm də iştirakçısıyıq. Ölkəmizdə keçirilən seçkilər də müxtəlif cəhətlərinə görə dünyada bənzəri olmayan ictimai aktdır. Bu tale yüklü hadisə həm cəmiyyət, həm də fərd olaraq içimizə sinməyib, həmişə çölümüzdə qalıb, ona görə içimizin ahəngini unudub, çölümüzdə çalınan çırtmalara oynamışıq. Bunu bilməyin, anlamağın özü də bir işdir. Bəs bu haqda yazmaq necə? Həm də xəbər, reportaj, köşə yox, bədii əsər... Həm də şeir, hekayə, oçerk yox, roman...
Əlbəttə, belə bir əsər yoxdur. Lakin artıq var!

Əlinizdə tutduğunuz kitab 2020-ci ildə keçirilən Milli Məclis seçkiləri ilə bağlıdır, müəllif həmin seçkilərdə namizəd kimi iştirak edib və başına gələn azərbaycansayağı unikallığı yüksək ilhamla qələmə alıb. Roman gerçəkliyə sadiqdir. Şəhərlərin, kəndlərin, adamların, hətta heyvanların və əşyaların adı, yeri, ünvanı dəyişməyib. Lakin biz əsər boyu həm də sonsuz yazıçı təxəyyülünün şahidi oluruq. Bu təxəyyül öz bədii ifadəsi ilə gerçəkləri zərrə qədər də təhrif etmir, əksinə onları öz musiqisi ilə müşayiət edərək “solo ifa”ya çıxarır.

Səs səsdir, onu itirdinsə özünü, cəmiyyəti və ən axırda vətəni itirirsən. Romanı oxuduqca amansız bir həqiqət içini oyur: biz doğrudan da buyuq və heç vaxt düzələn deyilik. Ancaq Cuppulu və Barış obrazları sənə qeybdən bir ümid bəxş edir. Ümidin ən gözəli elə qeybdən gələndir. Qeybdən gələn ümid də bir səsdir.

Romanın adı təsadüfi seçilməyib və qəti şəkildə yalnız seçkilər vaxtı bizdən oğurlanan səsləri ifadə etmir. Daha çox qutuya qədər itirdiyimiz səslərdən söz açıb faciələrimizin mənbəyinə işıq tutur.

Biz buyuq – saxtası, gerçəyi, acısı, şirini ilə... Kitabı açın və ona güzgü kimi baxın. Özünüzü mütləq görəcəksiniz.


Çatdırılma şərtləri

Metrodaxili
2 AZN
Şəhərdaxili
3 AZN
Sumqayıt və ətraf ərazilər
5 AZN
Bölgələr
Bir kitab : 3.5 AZN
İki kitab : Hər kitaba görə 2.5 AZN
Üç və dörd kitab : Hər kitaba görə 1.8 AZN
Beş - yeddi kitab : Hər kitaba 1.5 AZN
Səkkiz və on kitab : Hər kitaba görə 1 AZN
On bir və daha artıq kitab : Hər kitaba görə 0.7 AZN

Rəy bildirin

Oxşar kitablar