Məhsul kodu: 11854
Bir vaxtlar o ən nüfuzlu teatr səhnələrində böyük tamaşaçı kütləsini qəhqəhəyə boğur, musiqi zallarının divarlarının gülüşlərlə sədalanmasından zövq alardı. Şöhrətinin zirvəsində olduğu illər indi qoca Kalveroya çox uzaq görünürdü. Əvvəllər hamının sevimlisi olan bu məzhəkəçi həyatının alatoranlığında işsiz, ümidsiz və yalqızdır. Kalveronun həyatının axarı isə bir gün Londonda, yaşadığı köhnə pansionda Teri adlı balerinanı xilas etməsi ilə dəyişir. Gənc Teriyə yardım edən Kalvero yenidən itirilmiş şanının izinə düşmək, axıb gedən zamana tutunmaq üçün ümidlənsə də artıq hər şey dəyişmişdir. Keçmiş tanışı Postentin təklifi Kalveroya arzusunu gerçəkləşdirməyə imkan verəcəkmi? Unudulmuş yüzlərlə artistdən biri kimi onun şöhrətinin, xoşbəxt həyatının işığı son dəfə, yenidən ona qayıdacaqmı?
Dünya şöhrətli aktyor, rejissor Çarli Çaplinin “Footlights” adlı bu povesti 1952-ci ildə öz iştirakı və rəhbərliyi altında “Limelights” adı ilə təqdim edilmiş, kinotənqidçiləri tərəfindən də yüksək qiymətləndirilmişdir.