Məhsul kodu: 11859
Öldükdən sonra başımıza nə gəlir? İnsanlıq haqqında yeni nələrsə öyrənirikmi? Əslində, Tanrı bir bakteriya ölçüsündədir. O bizim varlığımızdan tamamən bixəbərdir. Yanımızda isə yalnızca xatırladığımız insanları tapa bilirik. Bəziləri bütün yaşlarına uyğun haldadır, bəziləri kredit kart qeydlərinə baxılaraq yenidən yaradılır. Bəzilərinin isə əhvalı pozulur: onlar olmaq istədiyi, lakin ola bilmədiyi fərdiyyəti ilə bir arada yaşamağa məhkumdur.
Müəllif həm komik, həm kədərli, həm də sarsıdıcı hekayələri ilə ənənəvi qavrayışları yerlə yeksan edir. Bizə özümüzü “burada və indi” görə bilən ovsunlayıcı linza bağışlayır. Dodaqları uçuqladan bir təxəyyülün kökü elmə, romantizmə və şüurumuza qədər uzanır. Bu kitab həyatın, ölümün və ölümsüzlüyün yeni tərəflərini ortaya çıxaran arzu-istəyin qarışığıdır.