Məhsul kodu: 11896
Qızların yetkinlik dövrü ilə bağlı kitablarda, bədənini qəbul etmə, valideynlə müxtəlif mövzuların müzakirəsi, öz bacarıqlarına daha çox inanmaq kimi həyati tövsiyələr yoxdur. Əlindəki kitab bu səhvi düzəldəcək. Yazıçı dost kimi öz təcrübələrini və hisslərini xatırlayıb qızların özlərini tapmalarına, dünyanı daha yaxşı dərk etmələrinə və aktiv öyrənmələrinə kömək edəcək. Fiziki və psixoloji sağlamlığını qorumaq üçün pisniyyətli insanlardan, münasibətlərdən uzaq olmaq, onlarla necə mübarizə aparacağını, hüquqlarını və şəxsi sərhədlərini bilmək tikiş tikmək, yaxud yemək bişirməkdən daha vacibdir. Artıq böyümüsən, həqiqətən, vacib biliklərə yiyələnməyin vaxtı çatıb. Bu kitabı oxusan, çox maraqlı təcrübələr yaşayacaq, dünyagörüşünü zənginləşdirəcəksən.