Məhsul kodu: 1198
İnsanlar tamamilə eyni şəraitdə niyə ayrı cür hərəkət edirlər? İnsanların davranışlarına səbəb nədir və hər hansı bir situasiyada onların reaksiyasını əvvəlcədən təxmin etmək mümkündürmü? İnsanın təhtəlşüuru necə işləyir? Bütün bu sualların cavabını Erik Bernin “İnsanların oynadığı oyunlar” kitabında tapa bilərsiniz.
Müəllif insan psixikasının necə quruluşa malik olduğunu və ayrı-ayrı insanlarda necə işlədiyini addım-addım izah edir. Erik Bernin fikrincə, hər bir insan bu mümkün üç roldan birini oynayır: Valideyn, Böyük və ya Uşaq.
Əlinizə götürdüyünüz bu kitab – insan münasibətlərinin psixologiyasına dair kult kitablardan biridir. Bernin hazırladığı sistemin məqsədi insanı həyat ssenarilərinin təsirindən qurtarmaq, ona özü və başqaları ilə daha az “oyun oynamağ”ı və həqiqətən azad olmağı öyrətməkdir.
Bu kitabda oxucu insan münasibətlərinin təbiətini, özünün və digərlərinin davranış səbəblərini anlamağa kömək edən bir çox məsləhətlər tapa biləcək. Müəllifin fikrincə, hər birimizin taleyi bir çox cəhətdən hələ uşaq vaxtlarımızda müəyyən olunur, lakin sonra əgər istəsək, öz həyatımızı özümüz idarə edə bilərik.
Eric Berne Games People Play
Erik Bern İnsanların Oynadığı Oyunlar