Məhsul kodu: 11980
Əgər siz bu kitabdan sevmək sənəti ilə bağlı hazır biliklər əldə etmək istəyirsinizsə, məyus olacaqsınız. Əksinə, burada göstərilən şey sevginin yetkinliyə çatmadan təsadüfən hər kəsin dada biləcəyi bir hiss olmadığıdır. O, oxucunu inandırmaq istəyir ki, əgər o, həyatda səmərəli nəticə əldə etmək üçün bütövlükdə öz şəxsiyyətini inkişaf etdirmirsə, onun bütün sevgi cəhdləri uğursuzluğa məhkumdur; fərdi sevgidə məmnun olmağın əldə edilməsi, öz yaxınını sevmədən, həqiqi insaniyyət, cəsarət, inam və intizam olmadan baş verə bilməz. Bu xüsusiyyətlərdən kasıb olan mədəniyyətlərdə sevgi qabiliyyətinin əldə olunması nadir nailiyyət olaraq qalır. Qoy hər kəs özündən soruşsun ki, o, nə qədər həqiqətən sevən adama rast gəlib.
Lakin məsələnin çətinliyi, bu çətinlikləri və onların həlli yollarının dərketmə cəhdlərinin qarşısını gərək almasın. Süni əngəllərdən qaçmaq üçün mən bu problemi mümkün qədər sadə dildə ifadə etməyə çalışmışam. Həmin səbəbdən də mən sevgi haqqında ədəbiyyata istinadları minimuma endirmişəm.
Mən bəzi problemlərin qənaətbəxş həllini tapa bilməmişəm, yəni əvvəlki kitablarımda ifadə etdiyim ideyaların təkrarından yan keçə bilməmişəm. “Azadlıqdan qaçış”, “Özü üçün insan”, “Sağlam cəmiyyətlə” tanış olan oxucu oradakı bir çox ideyalara burada da rast gələ bilər. Lakin “Sevmək sənəti” heç də artıq məlum olanın təkrarı deyil. Bu kitabda deyilən bir çox ideyalar əvvəl yığdığımın sərhədlərindən kənara çıxır və bu da təbiidir, çünki hətta köhnə ideyalar bu məsələ - sevmək sənəti məsələsi ilə bağlı inkişaf edərək qəfildən yeni perspektiv əldə edirlər.